• 22 Noyabr 2024 22:33

Qubad İbadoğlu Fazil Qasımova müraciət ünvanlayıb.

Fazil Qasımovun qardaşı Nazim Qasımov vəkil Bəhruz Bayramovla birlikdə professor Qubad İbadoğlu ilə görüşüblər.

 

Tacxeber.com xəbər verir ki, Qubad İbadoğlu Fazil Qasımova müraciət ünvanlayıb və az əvvəl vəkil Bəhruz Bayramov həmin müraciəti “Müdafiə Xətti”nə də göndərib.

 

Müraciəti olduğu kimi təqdim edirik:

 

“Əzizim Fazil,

Sənin halın məni çox məyus və pərişan edir, sənə görə narahatlığım günü-gündən artır. Səndən gözlədiklərimin hamısını etdin və mənim səndən üzrxahlıq gözləntim yoxdur. Başımıza gətiriənlərə görə səndən və məndən üzr istənilənilməlidir. Açıqladığın situasiyada baş verənlər başa düşüləndir, onları anlayışla qarşılayıram.

 

Fazil, bilirsən ki, sənin xətrin mənim üçün çox əzizdir, səni əvvəlkitəkç ox istəyirəm. Odur ki, sağlamlığın mənim və cəmiyyətimiz üçün çox önəmlidir.

Fazil, səndən artıq dərəcədə xahiş edirəm, elə bu gün, bu saat, bud  dəqiqə, məktubu oxuyan kimi aclığı dayandır. Əgər sən də mənə əvvəlkitək hörmət edirsənsə bunu bacarmalısan və etməlisən. Mənim səndən yaganə gözləntim budur. Mən səbirsizliklə sənin aclığı dayandımağına dair qərarını gözləyirəm.

Mən əminəm ki, biz tezliklə haqq etdiyimiz azadlıqda görüşəcəyik, inan ki, hər şey sonda gözəl olacaq!

Hörmət və səmimiyyətlə,

Qubad İbadoğlu”

Tacxeber.com

Oxşar xəbərlər