• 23 Noyabr 2024 07:39

“Ukrayna Kremlə qarşı elə onun öz “silahından” istifadə edib” – ekspert rəyi

Zahirən zəhmli görünmələrinə rəğmən, diktatorların ən çox qorxduğu məhz qeyri-müəyyənlikdir…”

 

Ukrayna Vladimir Putinə qarşı elə onun öz “silahından” – psixoloji savaşdan uğurla istifadə edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə müdafiə və milli təhlükəsizlik üzrə ekspert Maykl Pek “СЕРА” nəşrində dərc edilən məqaləsində bəyan edib.

Analitikin fikrincə, Kursk vilayətində aparılan əməliyyat Rusiya rəhbərliyinə psixoloji təzyiq forması olub. Vəziyyətin istehzası ondadır ki, Putin kimi diktatorlar özləri həm daxili müxalifət, həm də xarici düşmənlərin qorxudulması üçün belə metodlardan istifadə edir.

 

Putin illərlə dezinformasiya kampaniyası aparıb, Krımı işğal edib və Ukrayna şəhərlərini raket və dronlardan istifadə edərək terror hücumlarına məruz qoyub. Lakin indi rollar dəyişib və Rusiya prezidenti Ukraynanın hərəkətlərinə cavab verməyə məcburdur.

Pek qeyd edir ki, Putin Rusiya sərhədlərinin qorunması üçün öz silahlı qüvvələrinə etibar edə biləcəyi üzərində düşünməli və “NATO təhlükəsinin” qarşısını almalı olan müharibənin nədən Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olmasına gətirib çıxardığını öz xalqına izah etməlidir.

 

Kursk əməliyyatının tənqidçiləri güman edir ki, Ukrayna öz resurslarından Rusiyanın tədricən irəliyə getməkdə davam etdiyi şərqdə və cənubda istifadə edə bilərdi. Lakin Pekin fikrincə, Putin məhz bunu istəyir, yəni Ukrayna Moskvanın ssenarisi ilə hərəkət etsin və böhranlı vəziyyətlərə cavab verməklə öz qüvvələrini tükəndirsin.

Kursk vilayətindəki əməliyyat Ukraynaya Putinin planlarına qeyri-müəyyənlik gətirməyə imkan verir. İndi Rusiya rəhbərliyi öz sərhədlərinin təhlükəsizliyinə əmin ola bilmir və risk şəraitində qərarlar qəbul etməyə məcburdur. Analitik vurğulayıb ki, zahirən zəhmli görünmələrinə rəğmən, diltatorların ən çox qoxduğu məhz qeyri-müəyyənlikdir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər