Trampın sosial şəbəkəsi debatdan sonra dəyər itirdi
Donald Trampın “Truth Social” sosial şəbəkəsinin sahibi olan “Trump Media & Technology Group”un səhmləri kəskin azalıb.
Bunu NASDAQ birjasının məlumatları sübut edir.
Bildirilir ki, ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında keçirilən debatdan sonra Amerikanın 45-ci prezidentinin şirkətinin qiymətli kağızları 18,4% ucuzlaşıb.