• 20 Sentyabr 2024 20:46

Azərbaycan milliləri Olimpiadaya qələbə ilə başladı

Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. 

 

Birinci turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması İordaniyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov heç-heçə oynayıb.

Qadınlardan ibarət millimiz isə Nikaraqua komandasını üstələyib. Şahmatçılarımız açılış turunda maksimum nəticə ilə qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərindən üstün olub.

Tacxeber.com

Oxşar xəbərlər