• 24 Noyabr 2024 18:56

Putin qorxu içində: “Ukrayna qırıcıları havada onun təyyarəsinə…”

 

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı təyyarəsinin qırıcılar tərəfindən müşayiət edilməsini istəyib. 

 

Tacxeber.com xəbər verir ki, bu iddia ilə “Middle East Eye” nəşri çıxış edib.

 

Nəşr yazır ki, Rusiya Putinin təyyarəsinə uçuş marşrutu boyunca Ukraynanın hücum edə biləcəyi ehtimalından ehtiyatlanır.

 

Qeyd olunur ki, Rusiya prezidentinin Ankaraya səfəri məhz bu səbəbdən təxirə salınıb.

 

Nəşrin yazdığına görə, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər.

 

Xatırladaq ki, uzun müddətdir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir. Səfərin tarixi hələlik açıqlanmayıb.

 

“Ümid edirik ki, səfər hazırlıq işləri bitəndən sonra baş tutacaq. Uzun müddətdir hazırlıqlar gedir. Bu, hər iki paytaxtda gözlənilən səfərdir. Bu baş verərsə, Kazanda BRİCS sammitində iki prezident arasında təmasların olmasını səbirsizliklə gözləyirik, lakin ümid edirik ki, belə bir fürsət yaranacaq. Bir qayda olaraq, biz prezidentimizin səfərlərinin bütün təfərrüatlarını açıqlamırıq, onlar qapalı xarakter daşıyır. İndi də bunu etməyəcəyik”, – Kremlin sözçüsü Dmitri Peksov ötən gün jurnalistlərə bildirib.

Tacxeber.com

Oxşar xəbərlər