Daha bir partiya sədri istefa verir
Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək.
Tacxeber.com xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən partiya sədri Mirmahmud Mirəlioğlu deyib.
Sədr bildirib ki, istənilən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır:
“Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs – sədr daşıyır. Bu A variantımızdır. Təbii ki, istefa vermək, özü də istənilən yerdə və istəlinən zamanda mümkündür”.
Sədr deyir ki, bu prosesdə ciddi bir məsələ var:
“Bizim əvəzimizdən düşünən, bizim əvəzimizdən təkliflər irəli sürən adamlar və istəklər var. Bu arzu və istəklər çox zaman reallığa uyğun olmur”.