Tahir Kərimli Müsavat və ReAL-dakı istefalardan danışdı
“Novella Cəfəroğlunun fəaliyyətinə Dilarə Əliyevanın dövründən başlayaraq bələdəm. Bir yerdə milli-azadlıq hərəkatında iştirak etdiyimizdən onun taleyi ilə bağlı fikir bildirmək haqqım var. O, Əbülfəz bəyin ən yaxın dostu, sirdaşı olub, xalq hərəkatında mühüm rol oynayıb. Aid olduğu təşkilatın ayaqda qalması üçün çox əmək sərf edib. Novella xanım fikirlərini həmişə səmimi deyib, ikibaşlı oyun oynamayıb. Ona görə də növbədənkənar parlament seçkilərlə bağlı özəl fikrinə görə Müsavat Partiyasının təzyiqi ilə partiyadan istefa verməsinə təəssüf edirəm. Məncə, bundan heç kim qazanmayacaq”.
Tacxeber.com pravda.az-a istinadla xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.