• 23 Noyabr 2024 15:02

“Rusiyanı uduzması üçün 6 “kəşfiyyatçı” göndərilib” – FOTO

Rusiya Böyük Britaniyanın Moskvadakı səfirliyinin 6 əməkdaşının akkreditasiyasını ləğv edib.

 

Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) yayıb.

FTX bildirib ki, buna səbəb onların kəşfiyyat xarakterli pozucu fəaliyyət aparmalarıdır. Xidmət bu addımı Londonun Moskvaya qarşı çoxsaylı bəyanatlarına görə atdığını açıqlayıb.

 

Yayımlanan məlumatda qeyd olunur ki, Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Şöbəsi Ukraynada müharibənin başlanmasından sonra yenidən təşkil edilib. Hər iki şöbənin xüsusi xidmət orqanına çevrildiyi bildirilib. Onların əsas hədəfinin Rusiyanı strateji məğlubiyyətə düçar etdirmək olduğu vurğulanıb.

 

FTX-nin ifşa etdiyini dediyi 6 nəfərin hər birinin Moskvada tez-tez “Novıy qazeta” əməkdaşları ilə görüşdüyü məlum olub. Onların artıq Rusiya ərazisindən çıxarıldığı açıqlanıb. (Globalinfo.az)

Tacxeber.com

Oxşar xəbərlər