İslam dini bürclərə necə yanaşır? – Bütpərəstlikdən qalma etiqad
“Ulduz insan həyatını yaxşılığa yaxud da pisə doğru dəyişə bilməz. Bu hal bütpərəstlikdən qalma bir etiqaddır”.
Tacxeber.com xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında İslam dininin bürclərə yanaşması barədə danışan ilahiyyatçı Yaşar Qurbanov deyib.
Onun sözlərinə görə, bürc ərəb dilində ulduz deməkdir:
“Qurani-Kərimdə buyrulub ki, “Biz dünya səmasını ulduzlarla bəzədik”. Yəni, ulduzların insan həyatına heç bir təsiri yoxdur. Məsələn, hər hansı bir bürcə görə filan hadisə olacaq kimi fikirlərin özü küfrdür. Bu, Allahın güc və qüdrətini inkar etməkdir. Ümumiyyətlə, bu dünyada baş verən hadisələrin dəyişməsini istinad etməkdir. Axı ulduzun özünü yaradan Allahdır. Ulduz insan həyatını yaxşılığa, yaxud da pisə doğru dəyişə bilməz. Bu hal bütpərəstlikdən qalma bir etiqaddır. Məsələn, hər hansı bir ulduz ilində insan həyatında bir yaxşı ya da pis hadisə baş verəcək, axı ulduzun iradəsi yoxdur. Ulduz, ümumiyyətlə, bizim həyatımızı dəyişə bilməz. Belə şeyə inanmaq doğru deyil. İnsan həyatında yaxşılıq və yaxud pislik yalnız Allahın əlindədir. İslam etiqadına ziddir. Peyğəmərimiz də belə etiqadı qadağan edib”.