Lazer epilyasiyası dərini YANDIRIR – Bəs üzdəki tüklərdən necə qurtulaq?
Qadınların bir çoxu üzlərindəki tüklərdən şikayətlənirlər. Bəzilərini bu narahat etməsə də, bəzilərini bezdirir. Çünki bu tüklərdən tamamilə qurtulmaq demək olar ki, mümkün deyil. Hər həftə müxtəlif prosedurlarla tükləri almaq isə bezdiricidir. Gözəllik salonlarında da bu prosedurlar var və üzündəki tükləri problemə çevirən qadınlar hər həftə, hər ay xərcə düşməli olurlar.
Tük alma üsulları
Tüklərin necə alınması ilə bağlı bir çox yöntəm var. Amma hər bir yöntəmin mənfi cəhətləri olduğu deyilir. Sapla tük aldıranda üzün yaş keçdikcə sallandığı bildirilir. Lazer epilyasiyası isə şüa olduğu üçün və dərini yandırdığı üçün təbii ki, zərərlidir.
Bəs üzdəki tüklərdən necə qurtulmalı?
Deyilənə görə, üzdəki tükün miqdarını azaldan müxtəlif üz maskaları var.
Tacxeber.com həmin üz maskalarından birini sizlərə təqdim edir. Türk mediasında gedən məlumatlara görə, bu maska üzdəki tükləri azaltmaq üçün, hətta yox etmək üçün ən yaxşı yöntəmdir. Bu maska nəyinki tüklərin tökülməsinə kömək edir, həm də üzü pillinq edir, yəni ölü hüceyrələrdən təmizləyir.
Bu maskanı düzəltmək üçün sadəcə 3 məhsul kifayət edir. Bir yemək qaşığı bal, limon suyu və yarım çay qaşığı böyük dənəli üyüdülmüş yulafla bu maskanı hazırlaya bilərsiz.