Böyük Britaniyalı nazir müavininin konfrans zamanı çantası OĞURLANDI
Böyük Britaniyada Daxili işlər nazirinin müavini Diano Consonun polislərlə keçirdiyi konfransda çantası oğurlanıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bildirilib ki, hadisə çərşənbə axşamı Uorvikşir qraflığında baş verib. Naməlum şəxs konfrans zamanı nazir müavinin çantasını oğurlayıb.
Diana Conson həmin konfransdakı çıxışında şəhərlərin anti-sosial davranış və oğurluq halları ilə üzləşdiyi haqqında çıxış edib.
Uorvikşir polisi oteldə çantanın oğurlanması faktını araşdırdıqlarını bildirib.