• 23 Noyabr 2024 00:37

Gürcüstan Qara dənizdə süni yarımadalar yaradır

Gürcüstan Qara dənizdə süni yarımadalar yaradır

 

Gürcüstanın Batumi şəhərində, Qara dənizdə iki süni yarımada yaradılacaq.

Bu gün sözügedən layihənin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimdə çıxış edən qonşu ölkənin baş naziri İrakli Qaribaşvili bildirib ki, layihənin həyata keçirilməsi üçün ən azı 100 milyon dollar xərclənəcək və 2000-dək sakin işlə təmin ediləcək:

“Bu gün biz regionumuzda həqiqətən də unikal, dünya standartlarına uyğun layihənin həyata keçirilməsinə başlayırıq. Layihə iki süni yarımadadan ibarətdir. Həmçinin bir ada yaradılacaq ki, bu da özlüyündə əyləncə, sağlamlıq, idman, təhsil kommersiya, yaşayış və turizm sahələrini birləşdirəcək. Bölgədəki ən böyük investisiya layihəsi olan bu layihə bölgənin inkişafına, Batuminin onsuz da mövcud olan güclü beynəlxalq nüfuzuna və Acarıstanın iqtisadi tərəqqisinə zəmin yaradacaq. Mən layihənin təşəbbüskarını və investorumuzu, Ambassador Groupun rəhbəri cənab Keburiyanı və ailəsini salamlamaq və öz təşəkkürümü bildirmək istəyirəm. Bu şirkət artıq on milyonlarla dollar dəyərində sərmayələr qoyub. Əminliklə deyə bilərik ki, onlar Gürcüstanın müxtəlif regionlarında, o cümlədən Tbilisi, Kaxeti, Acarıstanda həqiqətən unikal layihələr həyata keçiriblər”, – deyə baş nazir Qaribaşvili bildirib. /Modern.az

Tacxeber.az

Oxşar xəbərlər