Azərbaycanda məcburi vaksinasiya olacaq? – Mühüm açıqlama
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya ölkələri meymunçiçəyi (mpox) xəstəliyi ilə mübarizə üçün 3,6 milyon dozadan çox vaksin ayırıb.
Bu məsələ ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, təkrar pandemiya elan olunacağı və məcburi vaksinasiyanın həyata keçiriləcəyinə dair narahatlıq artıb.
Azərbaycanda meymunçiçəyinə qarşı məcburi vaksinasiya ola bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az–a danışan həkim-fitoterapevt Füzuli Hüseynovun sözlərinə görə, bu məsələ xəstəliyin gedişatından asılıdır.
O deyib ki, əgər virusun yayılma tempi sürətlənərsə, o zaman vaksinasiya məcburi olacaq:
“Meymunçiçəyinin yayılma tempi yavaş irəliləyərsə, peyvənd vudurmaq könüllü ola bilər, amma sürtələ gedərsə artıq məcburi vaksinasiyaya keçmək mümkündür. Açığı, bu virus indiyə qədər olmayan bir xəstəlikdir. Bənzər xəstəliklər gələcəkdə daha da çoxalacaq. Çünki bununla paralel laboratoriyalar da inkişaf edir. Onların arxasında isə böyük miqdarda pullar dayanır. Mənim fikrimcə, bunun hamısı nəzarət altında olan əməllərdir. Sürət tempinin artması gözləniləndir. O halda isə vaksinasiya məcburi olacaq”.
Həkim bu xəstəlikdən qorunma yollarını açıqlayıb: