Ukraynalı məşqçi Azərbaycanda işləməkdən imtina etdi
Azərbaycanın “Keşlə” (indiki “Şamaxı”) klubunun sabiq baş məşqçisi Yuri Maksimov Premyer Liqamıza qayıtmaqdan imtina edib.
Tacxeber.com “Sport Arena”ya istinadən xəbər verir ki, ukraynalı mütəxəssisə Azərbaycanın iki klubundan təklif gəlib.
Bundan başqa, Ukrayna mətbuatının iddiasına görə, mütəxəssisə Azərbaycan milli komandasının baş məşqçisi postuna namizədlər siyahısında “şort-list”də də yer alıb. Lakin Maksimov Ukraynanı tərk etmək istəmədiyi və yerli klublardan təklif gözlədiyi üçün bütün təklifləri rədd edib.