• 22 Noyabr 2024 06:24

Bakının qurtulusu yoxsa 28 aprel ?

Bakının Qurtuluş günündə ən çox anılacaq insanlardan biri də tarixçi, Cumhuriyyət tarixi ilə M.Ə.Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı professor Nəsiman Yaqubludur. 

18 sentyabr gününü idrak etmək, onun tarixi önəmini dərindən anlamaq, yaxın tariximizi öyrənmək üçün mütləq və mütləq onun “Bakının Qurtuluşu. Qafqaz İslam Ordusu” adlı kitabını oxumaq lazımdır…

Nəsiman Yaqublunu 25 avqust 2024 tarixində avtomobil qəzasında itirdik.

Hələ qırxı belə çıxmayıb…

Çox böyük bir aydın, alim itirmişik.

İtirə-itirə də meydanı…

yaxalarına Müqəddəs Georgi medalının lentini (Георгиевская лента) sancanlara;

28 aprel 1920-də Vətənimizi işğal edən, Cumhuriyyətimizi süquta yetirən Qırmızı Ordunun 23 fevral gününü bayram manqurtlara;

 

 5-ci kolonlara;

Türk düşmənlərinə buraxırıq;

bütün maddi-mənəvi sərvətimizi;

mədəniyyətimizi;

Ana dilimizi

və daha nələri, nələri

onlara peşkəş çəkib qurban veririk…

 

Bu artıq bir ölüm-qalım,

bir varoluş məsələsidir…

 

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər