Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
Azərbaycanda toyda qeyri-adi hadisə yaşanıb.
Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakıdakı şadlıq saraylarından birində baş verib. Bəy öz atasını və müğənnini toyundan qovub.
Hadisəyə müğənninin açıq-saçıq geyimi səbəb olub. Məlumata görə, atanın başı toydan çox həmin müğənniyə qarışıb. Onunla çox rəqs edib və uzun müddət ətrafında dolaşıb. Bu da bəyin xoşuna gəlməyib.
Nəticədə əsəbiləşən bəy atasını və müğənnini toydan qovub.