Putin ordunun sayını 2 milyon 389 minə qaldırdı
Prezident Vladimir Putin Silahlı Qüvvələrin ştat sayının 2 milyon 389 min nəfərə çatdırılması barədə fərman imzalayıb.
Tacxeber.com xəbər verir ki, fərman 2024-cü il dekabrın 1-dən qüvvəyə minəcək.
Putinin sonuncu dəfə 2023-cü ilin dekabrında imzaladığı fərmanla ordunun sayını 170 min nəfər artıraraq 2 milyon 209 min nəfərə çatdırıb.