73 yaşlı rekordçu “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün nə etdi? – VİDEO
ABŞ-dan olan amerikalı Stüart Robbins 73 yaşı tamam olanda “Ginnesin Rekordlar Kitabı”na düşə bilib. Bunun üçün o, basketbolda sərbəst atışların ustası adlandırıla biləcəyini sübut etməli olub.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Robbins ard-arda 16 kor sərbəst atış vurmağı bacarıb.
Bu kateqoriyada ilk rekordçu olub, çünki ondan əvvəl heç kimin belə bir rekord vurmaq ağlına belə gəlməyib. Təbii ki, buna nail olmaq üçün Stüart çox çalışmalı idi – kişinin gözü bağlı olduğu məşq təxminən 15 min saat çəkib. Bundan sonra, Stüart Robbins öz qabiliyyətlərinə güvənib və nəhayət rekordunu “Ginnesin Rekordlar Kitabı” komissiyasına təqdim etmək qərarına gəlib.