• 24 Noyabr 2024 16:47

11 illik dil kursu

Amerikalılar ingilis dilini heç kimə sırımırlar.

 

Başqa ölkələrdən ingiliscə məktəblər açmağı tələb etmirlər. İngilis dilini ikinci dövlət dili elan edilməsi üçün təzyiq göstərmirlər.

 

Nə edirlər əvəzində?

Səssizcə elmlə məşğul olur, texnologiyaları inkişaf etdirir, Qalaktikamızın sərhədlərini aşaraq Kainatın sirlərini çözür, gözəl filmlər çəkir, ingilis dilində tiraj rekordları qıran elmi, bədii kitablar yazırlar.

 

Nə baş verir nəticədə?

Bütün Dünya bu dili öyrənməyə çalışır.

Həm də üstünə top-tüfəng yeridilmədən.

Ehtiyacdan öyrənirlər bu dili.

 

Biz nə edirik?

Uşağı 11 il məktəbə göndəririk ki, getsin rusca danışsın.

Get, oxuma, təkcə “привет, до свидания” öyrən, yetər.

Neynirsən fizika, riyaziyyat, kimya, kodlaşdırmanı…

Nə də olsa 150 balla universitetə girəcəksən…

 

Dünya Elmin, Texnolojinin, Gələcəyin dilini öyrədir övladlarına.

Çünki Yaxşı Gələcək qurmaq üçün xəyal qurmalıdır uşaq.

Uşaq isə xəyalları Ana dilində qurar.

 

Müəllif: İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər