• 20 Sentyabr 2024 01:33

“Anam iynəsiz 8 uşaq doğub, hələ abort elətdirdiklərini demirəm…”

 

“Son illər cərrahiyyə əməliyyatı vasitəsilə uşağı “götüzdürmək” dəbə minib: tibbi müəssisələr, həkimlər, aptek və dava-dərman mafiyasına bu sərf edir. Onlar bir qız uşağı olan valideynlərin gözünü qorxudublar ki, övladınız təbii yolla ana olsa, ölər”. 

 

Bu sözləri Yenisabah.az-a tanınmış kulturoloq Aydın Xan Əbilov deyib. Gənc qızların təbii doğuşdan qaçmasından danışan kulturoloq onları tənqid edib:

 

“Anam 8 övladı iynəsiz-kənar müdaxiləsiz doğdu, heç ölüb eləmədi, hələ abort etdiklərini demirəm, çoxlarınızda da eləydi.

 

Hələ gənc xanımlara baxın, guya təbii doğuş zamanı bunların fiqurları korlanacaq, nədir, məgər ömürlük bakirə Məryəm olaraq gəzmək istəyirlər?!

 

Əməliyyatlar zamanı kor bağırsaq tullanılır, xərçəng şişləri də, onda belə çıxır ki, bu gün dünyaya gətizdirilənlər də sadəcə gələcəyin “canlı ölü”ləridir?!

 

Bir qadın ki, təbii yolla uşağını doğmursa, ana ilə övladı arasında emosional, psixoloji, sosial, mənəvi bağlılıq ömründə ola bilməz…”

 

O, qeysəriyyə yolu ilə dünyaya gələn uşaqların gələcəkdə müxtəlif problemlərlə üzləşəcəyini bildirib:

 

“Əməliyyatla dünyaya gələnlərin neçə faizinin sağlamlığında problem var, psixası pozulub, böyüyəndən sonra milli yeməklər deyil, hazır yarımfabrikatlara meyllidirlər bunu məmləkətimizdə araşdıran yoxdur.

 

Fikir verin, elələrinin gözünün qabağında doğmaları ölür, onlarınsa qulağında qulaqlıq, əllərində smartfon özləri isə oyunlarında olur.

 

Təhsil müəssisələrində çalışanlardan soruşun, elələrinin əksəriyyəti manqurt kimi, robottək davranışları olur, duyğu, hiss, emosiyaları yox dərəcəsindədir.

 

Analar doğmadığına görə südləri yox olur, ana südü əmməyən körpəyə süni yemlər verilir, daha sonra energetik içkilər, saxta şirələr, dönərlər, maklar və s. “kayf” azalanda isə kimyəvi uyuşdurucular, sintetik narkotiklər işə düşür.

 

Birinci 3 ildə körpəyə xüsusi qulluq tələb olunur: xüsusən də temperaturu qalxsa, beyin hüceyrələri  pozulur, əsəbləri yerində olmur, psixologiyası yerindən fırlanır.

 

Bəs bu qədər “daun, beyin və qan xəstəli uşaqlarımız, daha sonra rəngli yeniyetmə və gənclərimiz hardandır” – sualları niyə yaranır bizlərdə?!

 

Düşünürəm ki, bu problemlərə səhti yanaşan cəmiyyətin yaxın 20 ildə əsas hissəsi xəstələrdən ibarət olacaq!

 

İndi siz deyin, milli ilkinliyindən, qayınana, ağsaqqal dəyərlərindən uzaq düşən belə “dəbə uyan” gənc xanımlarımız qatil anadır, ya yox?!”

Tacxeber.com

Oxşar xəbərlər