• 20 Sentyabr 2024 01:33

İsrail kəşfiyyatı peycerləri bu cür partladıb

Mütəxəssislər Livanda peycerlərin kütləvi partlayışının necə baş verdiyini açıqlayıblar.

 

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Livanda partlayan peycerlər yeni Qızıl+ partiyasından AP700 modeli olub.

 

Fizika və hərbi mütəxəssis Aleksandr Şirokoradın sözlərinə görə, belə böyük partlayışın yalnız iki izahı var:

“Uzaqdan hacking – bu halda, batareyanın üzərindəki qoruyucu lövhə söndürülür və sadəcə partlayır. Belə ki, Mossad Yaxın Şərq bazarına tələyə düşmüş peycerlər partiyası buraxıb, bu məqsədlə qurğular içərisində partlayıcı maddələr olan “özümüzünkülər”lə əvəz olunub. Və ya İsrail hakerləri Hizbullah-ın cihazlarda quraşdırılmış özünüməhvetmə sistemini sındırıblar. Qurğuların düşmən əlinə keçəcəyi halda qurumun nümayəndələri onu quraşdırıblar”.

 

Qeyd edilib ki, İsrail kəşfiyyat xidmətləri əvvəllər də belə əməliyyatlar həyata keçirib. Livanda ümumi əhali peycerlərdən praktiki olaraq istifadə etmir, onların əsas istifadəçiləri kəşfiyyat xidmətləri, məmurlar və hərbçilərdir. Bu səbəbdən də həlak olan və yaralılar arasında çoxluğu hərbçilaər təşkil edir.

 

Xatırladaq ki, partlayış nəticəsində 8 nəfər həlak olub, 2800 insan yaralanıb.

Partlayış nəticəsində Hizbullah lideri Vafiq Səfanın iki oğlu və İran səfiri Müctəba Əmani də xəsarət alıb.

Tacxeber.com

Oxşar xəbərlər