• 22 Noyabr 2024 21:41

“Qarabağ”la matç Qriqorçuk üçün “Neftçi”də sonuncu ola bilər

Həftəsonu Premyer Liqada 7-ci turun oyunları keçiriləcək.

 

Hesabat həftəsi Azərbaycan derbisinə səhnə olacaq.

«Qarabağ»la «Neftçi» sentyabrın 20-də Suraxanıda üz-üzə gələcək.

 

Bu qarşılaşmanın Roman Qriqorçuk üçün sonuncu olma ehtimalı böyükdür. Redaksiyamsıza bununla bağlı son dəqiqə məlumatı daxil olub.

Tacxeber.com xəbər verir ki, sportinfonun əldə etdiyi informasiyaya görə, «ağ-qaralar» bu dəfə də məğlubiyyətlə üzləşərsə, baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi gözlənilir.

 

Öyrəndiyimizə görə, yönətim mövsümün başlanğıcından kəskin narazıdır və mövcud vəziyyətlə bağlı ukraynalı mütəxəssisə xəbərdarlıq edib.

Bildirilib ki, komandanın oyunu və nəticələri olduqca bərbaddır, irəliləyiş yönündə heç bir addım nəzərə çarpmır.

 

Yayın əvvəlində 2 illik müqaviləyə imza atmış Qriqorçukun özü də artıq ayrılığın planlarını cızır.

Tacxeber.com

Oxşar xəbərlər