• 22 Noyabr 2024 22:44

İmişlidə etiraz əlaməti olaraq açıq havada dərs keçən müəllim işdən qovulub.

 

Açıq havada dərs keçməsi ilə bağlı yenidən gündəmə gələn İmişli rayonu Aranlı kəndindəki 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva işdən azad edilib. Bu barədə sentyabrın 18-də AzadlıqRadiosuna onun özü məlumat verib.

 

L.Nəcəfquliyevanın sözlərinə görə, onun məsələsinə məktəbin pedaqoji şurasının iclasında baxılıb: “Mənim iş vaxtım saat 3-dəkdir. Dünən, sentyabrın 17-də saat 1-də bütün müəllimləri akt zalına toplayıb pedaqoji şuranın iclasını keçirdilər. Həmin yığıncaqda mənə töhmət elan edildi. Məktəbin direktoru bu qərarın mənə yazılı surətdə təqdim olunacağını deyib, fasilə elan etdi. Amma özü harasa getdi. İki saat ərzində gəlib çıxmadı deyə, mən də məktəbi tərk etdim. Axşam telefonuma SMS gəldi ki, işdən azad edilmişəm”.

L.Nəcəfquliyeva əmək müqaviləsinə xitam verilməsinə dair əmri hələ də almadığını söyləyir. Buna görə işdən kənarlaşdırılmağını yeni tikilmiş məktəb binasının istifadəyə verilməsinin ləngidilməsinə görə sentyabrın 16-da açıq havada dərs keçməyi ilə əlaqələndirir. O, həmçinin son parlament seçkilərində deputatlığa namizəd kimi etdiyi çıxışlara, sosial mediada paylaşımlara, bəzi vəzifəli şəxslər barədə tənqidi çıxışlarına görə hədələndiyini də vurğulayır.

 

Ötən il də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.

Tacxeber.com

Oxşar xəbərlər