• 20 Sentyabr 2024 01:47

Dünyaca məşhur futbolçu vəfat etdi 

 

Əfsanəvi italiyalı futbolçu Salvatore Skilacci vəfat edib. Veteran hücumçu 59 yaşında dünyaya gözlərini yumub. 

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, Skilacci uzun müddətdir xərçəng xəstəliyindən müalicə alırdı. “Toto” ləqəbli futbolçu daha öncə 1 dəfə qalib gəldiyi xəstəliyə bu dəfə məğlub oldu.

 

İtaliya futbolunun əfsanəsi olan Salvatore Skilacci 1990-cı ildə keçirilən Dünya Çempionatında 6 qolla turnirin bombardiri olub. “Toto” kariyerası ərzində “Messina”, “Yuventus” və “İnter” klublarında çıxış edib.

Tacxeber.com

Oxşar xəbərlər