• 23 Noyabr 2024 20:48

Moskvada hakim qarşısına çıxarılan tanınmış azərbaycanlı vəkil həbs edildi

Keçmiş vəkil Elman Paşayev məhkəmənin müvafiq qərarı ilə Moskvada həbs edilib.

 

Tacxeber.com-ın Oxu.Az-a istinadən əlumatına görə, paytaxtın Hərbi Qarnizon Məhkəməsi Elman Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib.

 

Məlum olduğu kimi, Elman Paşayev xüsusilə külli miqdarda dələduzluqla (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs olub. Müstəntiqlərin sözlərinə görə, fevral ayında o, bloqer Yelena Blinovskayanın əri Alekseylə görüşüb və böyük məbləğ qarşılığında ər-arvadı cinayət məsuliyyətindən azad edəcəyinə söz verib. Söhbət ən azı 46 milyon rubldan (850 min manatdan çox) gedir.

Tacxeber.com

Oxşar xəbərlər