“Neftçi”nin idman direktoru istefa verib
“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tacxeber.com xəbər verir ki, 2023-cü ilin sentyabrından klubda çalışan Anderssonla yollar rəsmən ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb: “Neftçi”dəki fəaliyyətinə görə Anderssona təşəkkür edirik.