• 24 Noyabr 2024 11:30

Sabiq deputatın şirkəti üç dəfə cərimələndi – SƏBƏB

Mebel istehsalçısı “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimə olunub.

 

Tacxeber.com”Qaynarinfo”ya istinadən bildirir ki, mebel şirkəti bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən üç dəfə cəzalandırılıb.

 

Qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasov olan “Embawood” MMC-yə fərqli vaxtlarda 5885.20, 3441.60 və 3 037 manat maliyyə sanksiyası tətbiq edilib.

 

Qeyd edək ki, “Embawood” mebel firmasının sahibi sabiq deputat Məşhur Məmmədovdur. O, VI çağırış Milli Məclisin deputatı olub.

Tacxeber.com

Oxşar xəbərlər