• 24 Noyabr 2024 13:09

Rusiyadakı qanunsuz miqrantlar bütün hüquqlardan məhrum ediləcək

Rusiyaya gedən qanunsuz miqrantlar ailə qura, bank və dövlət xidmətlərindən istifadə edə bilməyəcəklər.

 

Tacxeber.com xəbər verir ki, bunu RF daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy “Kommersant”a müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, hazırda Rusiyada qeyri-qanuni yaşayan əcnəbilərin reyestri yaradılır.

 

General-polkovnik bildirib ki, bu vətəndaşlar reyestrə daxil edildikdən sonra onlar nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlakın qeydiyyatını apara bilməycəklər. “Həmin şəxslər eyni zamanda nə nikah bağlaya və poza bilməyəcək, uşaqlarını isə nə bağçalara və nə də məktəblərə  göndərə bilməyəcəklər”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər