• 23 Noyabr 2024 06:15

QRİQORYAN AZƏRBAYCANDAN ÜZR İSTƏYİB – Qarabağa qanunsuz səfərinə görə

QRİQORYAN AZƏRBAYCANDAN ÜZR İSTƏYİB – Qarabağa qanunsuz səfərinə görə

Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası özünü çox gözlətməyib.

“Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündən dərhal sonra Ermənistan rəsmisinin məqsədyönlü şəkildə atdığı bu qanunsuz addım görüş zamanı əldə olunmuş razılaşmalara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində iştirakının qeyri-səmimiliyi də açıq şəkildə nümayiş etdirir. Beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan istənilən addımlara cavab veriləcək”, – deyə nazirlikdən bildirilib.

Erməni mətbuatının yazdığına görə, Armen Qriqoryan Azərbaycanın reaksiyasından o qədər qorxuya düşüb ki, daxili kanallar vasitəsilə Azərbaycan tərəfindən üzr istəyib və Xankəndiyə səfərə görə özünə haqq qazandırıb.

A.Qriqoryan əslən Qarabağdan olduğunu, Qarabağa səfərinin siyasi deyil, şəxsi məqsədlər güddüyünü – ata evini və atasının məzarını ziyarət etdiyini bildirib.(oxu.az)

Tacxeber.az

Oxşar xəbərlər