• 23 Noyabr 2024 02:23

Hizbullah lideri partlayışlarla bağlı müraciət etdi

Hizbullah lideri Həsən Nəsrullah Livanda rabitə qurğularının partlaması ilə bağlı müraciət edib.

 

Hizbullahın Baş katibi Həsən Nəsrullah bu gün günortadan sonra çıxış edərək Livanda onlarla əməliyyatçının öldürüldüyü və minlərlə adamın yaralandığını bildirib.

 

Həsən Nəsrullah bunu terror aktı kimi qiymətləndirib və İsraili ittiham edib.

Hizbullah lideri peycer partlayışlarına görə qisas alacaqlarını vəd etsə də, tələsməyəcəklərini vurğulayıb.

 

O, İsrailin bununla bütün qırmızı xətləri keçdiyini qeyd edib və əlavə edib ki, bu, müharibə səbəbidi.

Tacxeber.com

Oxşar xəbərlər