Bill Qeytsdən ETİRAF: “Yer kürəsində milyarderlərin mövcudluğu vəhşilikdir”
“Microsoft” korporasiyasının qurucusu, amerikalı milyarder Bill Qeytsin son açıqlaması birmənalı qarşılanmayıb.
Tacxeber.com xəbər verir ki, o, vergilər naziri olacağı təqdirdə milyarderlərin kapitalının 70%-ni müsadirə edəcəyini etiraf edib.
Onun fikrincə, Yer kürəsində milyarderlərin mövcudluğu vəhşilikdir.
Qeyts bildirib ki, şəxsən öz kapitalının 70% ondan alınarsa, 53 milyard dolları qalacaq.