Vardanyan Bakı həbsxanasından Paşinyana cavab verdi
Bakıda həbsdə olan Ruben Vardanyan Ermənistanın baş nazirinin son mətbuat konfransı zamanı ona ünvanladığı bəyanata cavab verib.
Tacxeber.com Unikal-a istinadla xəbər verir ki, bu barədə Ruben Vardanyanın ofisi məlumat yayıb.
Erməni milyarder bildirib ki, o, Paşinyanla söhbətində Ermənistanın siyasətinə qarışmayacağını deyib: “Əgər baş nazirin mənimlə bağlı hər hansı sualı olarsa, o, 2022-ci ilin noyabrında, mən həm də “dövlət naziri” (Vardanyan Qarabağ separatçılarının qondarma qurumunda 108 gün “dövlət naziri vəzifəsi” tutub – red.) vəzifəsini icra etdiyim zaman mənə müraciət edərdi. İstənilən halda mən indi də onun istənilən sualına cavab verməyə hazıram.
Baş nazirə xatırlatmaq istəyirəm ki, 2018-ci ilin yazında onunla ilk dəfə həmkarlarımızla – dördümüz görüşəndə ona dedim ki, biz Ermənistan hakimiyyətinə münasibətdən asılı olmayaraq, xeyriyyəçiliklə məşğul oluruq, çünki bunu xalq üçün edirik.