• 24 Noyabr 2024 05:04

Ailə 200 nəfər əhalisi olan bir adaya köçdü: Buraya yalnız gündə iki dəfə GƏLMƏK OLUR – FOTO

Ailə 200 nəfər əhalisi olan bir adaya köçdü: Buraya yalnız gündə iki dəfə GƏLMƏK OLUR - FOTO

Endru Mundi və həyat yoldaşı Viktoriya bir adaya köçmək qərarına gəliblər. Endru adada yaşamağın avantajlarından bəhs edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat verib. Ailə insanların qocalmağına qarşı mübarizə aparmaq məqsədilə Müqəddəs adaya köçüblər. Burada əhali sayı təqribən 200-dür. Hər il Norsumberlənd sahillərindəki adaya 800 minə qədər turist gəlsə də, yerli sakinlərin sayı getdikcə azalır.

 

Su axınlarına görə, insanlar gündə iki dəfə Müqəddəs Adaya girə bilir. Qalan vaxtlar isə yollar demək olar ki, yollar su altında qalır. 40 yaşlı Endryu Mundinin 18 ildir ki, adada bir kafenin sahibidir. Ailə 3 övladını burada böyütmək məqsədilə adaya köçüblər.

 

Onlar əvvəllər maşınla təxminən 15 dəqiqəlik məsafədə yerləşən Belford kəndində yaşayırdılar . Yüksəklikdə yerləşən kafelərinə getmək üçün çətinliklə hərəkət edirdilər. Hazırda adanın dayanıqlığının artırılmasına yönəlmiş “Müqəddəs Ada 2050” adlı plan hazırlanır. Şura üzvləri yeni ziyarətçi mərkəzi tikməyi, velosiped yolu və parkinq də daxil olmaqla nəqliyyat əlaqələrini yaxşılaşdırmağı düşünürlər.

 

Kampaniyaya dəstək olan Endru məsələ ilə bağlı açıqlama verib:

“Övladlarımızı adada böyütmək fikri məntiqli gəldi. Mən demək olar ki, sular kəsiləndə, problemlər olanda bu adanın necə olduğunu bilirəm. Hər yerdə çimərliklər var. Uşaqlar istədikləri kimi qaça və oynaya bilərlər. Valideynlərim təxminən 40 il əvvəl adada mağaza alıb. Oranı nənəm və babam idarə edirdi. Bütün çətibliklərə baxmayaraq, ada bir çox turisti özünə cəlb edir”. (Sonxeber.az)
Ailə 200 nəfər əhalisi olan bir adaya köçdü: Buraya yalnız gündə iki dəfə GƏLMƏK OLUR - FOTO

Tacxeber.com

Oxşar xəbərlər