• 27 Noyabr 2024 06:16

“Sənət əhli niyə rüşvət verməlidir?” – Nura Suridən Mədəniyyət Nazirliyinə SƏRT SÖZLƏR

“Sənət əhli niyə rüşvət verməlidir?” – Nura Suridən Mədəniyyət Nazirliyinə SƏRT SÖZLƏR

 

“Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə indiyədək pulsuz gedib oxumuşuq, əvəzində də heç kəsə lazım olmayan diplomlar almışıq”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

 

Sənətçi sərt açıqlama verərək həmkarlarına səslənib:

“İllərdir mövcud olan problemi xanəndə Almaxanım və Vüqar Əhməd işıqlandırır neçə vaxtdır. Onlara qoşulub yaşadıqları haqsızlığa göz yummayan xanəndə və müğənni görmürəm. Halbuki hamı şikayətçidir, lakin qorxurlar cəmiyyətə açıqlama verməkdən. Sənət əhli niyə kimdənsə qorxmalıdır, rüşvət verməlidir axı?
Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə indiyədək pulsuz gedib oxumuşuq, əvəzində də heç kəsə lazım olmayan diplomlar almışıq. Cibimizdən salona, işçilərimizə, benzinə və sairə pul da xərcləmişik. Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur. Klip çəkdirmək istəyəndə heç bir teatr və muzeyin icazəsini belə ala bilmədiyimiz nazirliyin bizə xeyri nədir? Niyə və nədən qorxursunuz axı? Niyə şikayətinizi dilə gətirməkdən qorxursunuz?!”

Tacxeber.com

Oxşar xəbərlər