• 21 Sentyabr 2024 18:03

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək


Bu gün Türkiyə Superliqasının VI turunda İstanbul derbisi baş tutacaq.

Tacxeber.com xəbər verir ki, oyunda “Fənərbağça” və “Qalatasaray” komandaları üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Matçı hakim Atilla Karaoğlan idarə edəcək.
İstanbul derbisi Superliqa tarixində komandaların 135-ci görüşü olacaq.

Qeyd edək ki, 5 turdan sonra “Qalatasaray” maksimum 15 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan “Fənərbağça” isə 13 xalla 2-ci pillədə qərarlaşır.

Tacxeber.com

Oxşar xəbərlər