Alimlərdən İNQİLABİ KƏŞF – Xərçəng bal arıları ilə müalicə ediləcək?
Xərçəng hər il milyonlarla insanın ölümünə səbəb olur. Alimlər uzun illərdir ki, xərçəngin müalicəsi üçün tədqiqatlar aparırlar. Avstraliyalı alimlər bal arılarından alınan zəhərin laboratoriya şəraitində bəzi aqressiv döş xərçəngi hüceyrələrini məhv etdiyini müşahidə ediblər.
Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, zəhər və onun tərkibindəki melittin maddəsi üçlü mənfi və HER2 pozitiv olmaqla müalicəsi çətin olan iki süd vəzi xərçənginə qarşı sınaqdan keçirilib.
Bu kəşf ümidverici olsa da, alimlər daha çox işin görülməli olduğunu deyiblər.
Döş xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Belə bir irəliləyiş Harri Perkins Tibbi Tədqiqatlar İnstitutunun və Qərbi Avstraliya Universitetinin tədqiqatçıları tərəfindən edilib. Alimlər bal arısının zəhərinin xərçəng hüceyrələrini öldürə biləcəyini müəyyənləşdiriblər.
2020-ci ildə aparılan araşdırma beynəlxalq “NPJ Nature Precision Oncology” jurnalında dərc olunub. Məqalə müəllifləri bal arısının zəhərinin üçlü mənfi döş xərçəngini və HER2 ilə zənginləşdirilmiş döş xərçəngi hüceyrələrini sürətlə məhv etdiyini aşkarlayıblar. Bal arısı zəhərinin və ya melitinin döş xərçənginin bütün müxtəlif alt növlərinə və normal hüceyrələrə təsirini müqayisə edilməyib. Onlar bal arısı zəhərini normal döş hüceyrələrində və döş xərçənginin klinik alt tiplərindən olan hüceyrələrdə sınaqdan keçiriblər.
Harri Perkins adına Tibbi Tədqiqatlar İnstitutunun və Qərbi Avstraliya Universitetinin əməkdaşı Ciara Daffi bildirib: