“Elə bilirlər ki, mən bunu istəmirəm”- Fədayə Laçına niyə fəxri ad verilmir?-AÇIQLAMA
Sosial şəbəkədə müğənnilər Tacir Şahmalıoğlu və Fədayə Laçının duetləri paylaşılıb. Əksər izləyicilər hər iki müğənninin səsinin olduğunu, lakin hələ də heç bir fəxri ada layiq görülmədiyini yazıblar.
Həmin sualı müğənni Fədayə Laçına ünvanladıq. Moderator.az-a açıqlama verən müğənni bildirib ki, hər kəs elə bilir ki, fəxri adı var.
“Fəxri adım yoxdur. Gərək verələr ki, ola da. Çox yerlərdə məni bilməyərəkdən “əməkdar artist” kimi təqdim edirlər. Mən də bəzən imkan olanda mikrofonla reallığı deyirəm. Tədbiri aparan şəxs də mikrofonu əlinə götürüb deyir ki, əziz qonaqlar, Fədayə xanım o qədər sadə və təvazökardır ki, istəmir, razı olmur ki, onu “əməkdar artist” kimi təqdim edək. Elə bilirlər ki, mən bunu təvazökarlığımdan istəmirəm. Təqdim etməklə deyil axı. Onlar sadəcə elə bilir”