Siciliya sahillərində batan yaxtada məxfi məlumatlar olub?
Avqustun 19-da Siciliya sahillərində qəzaya uğrayan Bayesian yaxtasının göyərtəsində Qərb kəşfiyyat xidmətləri ilə bağlı məxfi məlumatlar ola bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yaxtanın su keçirməyən seyfləri ola bilərdi ki, orada gizli məlumatlar olan iki super şifrəli disk saxlanılır. Bu məlumatlar dünya üzrə kəşfiyyat orqanları üçün maraqlı ola biləcəyi üçün dalğıclar gəminin qalıqlarının təhlükəsizliyini gücləndirməyi xahiş ediblər.