Ev kirayələmək üçün beh verdi, həm evdən, həm də pulundan oldu – VİDEO
Ev kirayələmək üçün əvvəlcədən beh göndərdi, daha sonra həm evdən, həm də pulundan məhrum olub. Yevlax rayon sakini Məleykə Süleymanova iddia edir ki, elan saytlarının birində kirayə ev üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb.
Tacxeber.com xəbər verir ki, o, evin başqa şəxsə satılmaması üçün əvvəlcədən elan sahibinə ödəniş də edib. Lakin Məleykə Süleymanova ödənişi etdikdən sonra elan sahibi təfindən aldadıldığını deyir.
Zərərçəkən Məleykə Süleymanovanın sözlərinə görə, elan üçün qadınla əlaqə saxlasa da daha sonra nömrənin həmin şəxsə aid olmadığı məlum olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, bəzi işbazlar saytlarda daşınmaz əmlakların satışı və kirayəsi ilə bağlı elanlar yerləşdirilir və həmin elanlar nəticəsində müştərilər mənzilləri tapırlar. Lakin bu saytlarda yerləşdirilən elanların bəziləri həqiqəti əks etdirmir.
Nazirlik vətəndaşlara bu tip elanlarla qarşılaşdıqda diqqətli olmağı, qeyd olunan problemlərlə üzləşməmək üçün evə yerində baxmağı və ev sahibi ilə danışdıqdan sonra ödəniş etməyi tövsiyə edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: