• 23 Noyabr 2024 01:50

İlham Əliyev Polad Bülbüloğlunu vəzifəsindən azad etdi

 

Polad Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

 

Tacxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Xatırladaq ki, Polad Bülbüloğlu VII çağırış Milli Məclisin deputatı seçilib.

 

Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. O, 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri idi. Sonuncu parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilib.

 

O, yeni parlamentdə Mədəniyyət komitəsinə rəhbərlik edəcək.

Tacxeber.com

Oxşar xəbərlər