• 24 Sentyabr 2024 00:17

Elza Seyidcahandan AYB-nin xəbərdarlığına REAKSİYA: “Məni çox istəyir…”

Elza Seyidcahandan AYB-nin xəbərdarlığına REAKSİYA:

Efirdə səsləndirdiyi “Tüpürcəyim baldır mənim” şeirinə görə AYB-dən xəbərdarlıq alan Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

 

Elza Seyidcahan AYB-nin sədri, yazıçı Anar və Rəşad Məcidlə olan “xəbərdarlıq” görüşündən foto paylaşaraq qeyd edib:

 

“Azərbaycan Yazıçılar Birliyi məni məndən çox istəyir”.

 

Qeyd edək ki, adı çəkilən şeiri ilə təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.

Tacxeber.com

Oxşar xəbərlər