• 22 Noyabr 2024 21:42

Ukraynanın Türkiyə PUA-larının pulunu taxılla ödəməsi ilə bağlı iddialar rədd edildi

Ukraynanın Türkiyə PUA-larının pulunu taxılla ödəməsi ilə bağlı iddialar rədd edildi

Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Ukraynanın Ankaradan aldığı PUA-ların qarşılığını buğda ilə ödəməsi iddialarını təkzib edib.

 

Bu barədə TASS məlumat yayıb.

 

Mərkəz bildirib ki, hazırda Türkiyəyə buğda idxalı üçün 130% gömrük rüsumu mövcuddur və yerli istehsalçılara dəstək məqsədilə 2024-cü il iyunun 21-dən oktyabrın 15-dək buğdanın idxalı dayandırılıb. Mərkəz sosial şəbəkələrdə Türkiyənin hərbi-sənaye kompleksinin ixracını və onun kənd təsərrüfatı siyasətini gözdən salmağa yönəlmiş manipulyasiya xarakterli yazılara əhəmiyyət verməməyə çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər