Ana 13 yaşlı qızını evlə dəyişdirmək istədi
Özbəkistanda 13 yaşlı qızını daşınmaz əmlakla dəyişdirmək istəyən şəxs saxlanılıb.
Tacxeber.comxəbər verir ki, bu barədə “Uznews” məlumat yayıb.
41 yaşlı qadının uşağını satmaq üçün Kaşkədərya rayonundan Səmərqəndə getdiyi məlum olub. O, restoranlardan birində saxlanılıb. Ana 25 min dollarlıq ev qarşılığında qızını dəyişdirməyə razı olduğunu etiraf edib.