Bayden İsrail və Fələstini atəşkəsə SƏSLƏDİ: “Qəzzada müharibə bitməlidir”
ABŞ Prezidenti Co Bayden İsrail və Fələstini Qəzzada atəşkəsə çağırıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Bayden BMT Baş Assambleyasıın iclasında çıxışı zamanı deyib.
“Qəzzada günahsız mülki insanlar cəhənnəmi yaşayırlar. Artıq atəşkəs vaxtıdır. Qəzzada müharibə bitməlidir”, – ABŞ lideri qeyd edib.