• 23 Noyabr 2024 04:18

Bacı-qardaş evliliyinə aparan YOL – Həkimlər süni mayalanmanı niyə TƏBLİĞ edirlər?

Süni mayalanmaya olan tələbat getdikcə artır. Cəmiyyətimizdə demək olar ki, hər kəs övlad sahibi olmaq istəyir. Bəzi həkimlər maddi maraqları çərçivəsində süni mayalanmanı təbliğ edirlər. Amma təssüflər olsun ki, Azərbaycanda süni mayalanma sektoru artıq ticarətə çevrilib. 

 

Süni mayalanma ilə bağlı araşdırmanı təqdim edirik:

 

Əkiz, üçəm, dördəm…

 

Həkimlər süni mayalanmanın heç bir zərəri olmadığını, təbii yolla övlad sahibi olmaqla eyni olduğunu deyirlər. Amma biz cəmiyyətdə bunun risklərini müşahidə edirik. Süni mayalanma proseduru nəticəsində hər kəs övlad sahibi ola bilmir. Süni mayalanma nəticəsində dünyaya gələn uşaqların sağlamlığı da şübhə altındadır. Adətən əkiz, üçəm, dördəmlərdən biri xəstə doğulur və ya doğulandan sonra xəstəliyi ortaya çıxır.

 

Süni mayalanma ilə bağlı risklər varmı?

 

Hər hansı tibbi prosedur kimi, süni mayalanma ilə bağlı bəzi risklər var. Süni mayalanma çoxlu doğuş şansını artıra bilər. Bu da əkiz, üçəm və ya daha çox uşağın dünyaya gəlməsi deməkdir. Çoxlu doğuşlarda digər risklər də meydana çıxır:

 

Gestational diabet;

 

Düşük;

 

Erkən doğuşlar.

 

Bacı-qardaş evliliyi…

 

Belə ki, süni mayalanma bəzən donorlarla həyata keçirilir. Sperma bankında eyni donorun çoxlu mayalanma üçün istifadə edilməsi şansı böyükdür. Ona görə də, həmin uşaqlar ögey bacı, qardaş olacaqlar. Bundan əlavə, bundan xəbərsiz olan ögey qardaşların qohum evlilikləri ola bilər. Bu da cəmiyyətdə genetik problemlərə, xəstəliklərin çoxalmasına səbəb ola bilər.

 

Bəs indiki dövrdə övlad sahibi olmaq niyə çətinləşib?

 

Həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla süni mayalanmaya olan tələbatın artmasının səbəblərindən danışıb.

 

“Bunun səbəbi təbii yolla döllənmənin faizinin aşağı düşməsidir. Təəssüflər olsun ki, buna maraq müxtəlif xəstəliklərdən, o cümlədən qalxanvari vəzi xəstəliyi, stress xəstəliyi, gənclərin gec ailə qurmasından qaynaqlanır. Qadınlarda yumurtalığın köhnəlməsi sindromu var. Bəzən 30-35 yaşlı qadın döllənmə imkanını itirir. Bütün bunların hamısı süni mayalanmaya ehtiyac yaradır”.

 

“Selektiv doğuş” marağı

 

Adil Qeybullanın sözlərinə görə, insanların süni mayalanmaya olan maraqlarının bir səbəbi də ailədə qız və oğlan uşaq “problemi”ni həll etməkdir. Görünür, cəmiyyətimizdə olan uşaq sevdası yalnış təfəkkür formalaşdırır:

 

“Süni mayalanma zamanı əsas faktorlardan biri dölün cinsini seçmə imkanıdır. Bu da süni mayalanmaya olan tələbatı və marağı artırır. Görünür ki, bu elmi inkişafdan istifadə etməklə insanlar bəzi arzularını, imkanlarını həyata keçirirlər. Süni mayalanma ilə insanlar həm də istəyirlər ki, birdəfəlik bir doğuş prosesində ailədə bir oğlan, bir qız, iki oğlan, iki qız problemini həll etsinlər”.

 

Ya süni mayalanma, ya da uşaq səsinə həsrət qalmaq…

 

Süni mayalanma ilə illərlə uşaq həsrətində olan ailələrin evindən uşaq səsi gəlməyə başlayır. Amma anidən əkiz, üçəm, dördəm dünyaya gətirənlər uşaqları saxlamağa çətinlik çəkirlər. Məsələ burasındadır ki, uzun illər uşaq dünyaya gətirə bilməyən ailələr sona qədər övladlıq istəmirlər və sadəcə öz uşaqları olsun deyə çabalıyırlar. Hətta fərqli donorlara belə razı olurlar.

 

Məlumat üçün bildirək ki, 2019-cu ildən bu günə qədər, yəni beş il ərzində cəmi 622 uşaq övladlığa verilib. Bu rəqəm kifayət qədər azdır. Uşaq evində ona ailə ola biləcək insanları gözləyən yüzlərlə balaca var. Uşaq dünyaya gətirə bilmədiyi və buna iqtidarı çatmadığı halda süni yollarla uşaq gətirmək istəyən, bunu təbliğ və dəstək edən də yüzlərlə ailə var.

 

Anlaşılandır ki, hər kəs ana olmaq, bətnində uşaq gəzdirmək istəyir. Amma mümkünsüz olduğu halda uşaq dünyaya gətirməyi istəmək eqoistlik deyilmi?

Tacxeber.com

Oxşar xəbərlər