• 25 Sentyabr 2024 18:29

Alla Puqaçova və qızının Rusiyadan qovulması istənilir

 

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Xalq artisti Alla Puqaçovanın qızı, Əməkdar artist Kristina Orbakayteni ölkədən qovmağa çağırıb.

 

Tacxeber.com xəbər verir ki, deputat müğənnilərin Rusiaydakı daşınmaz əmlaklarını sakitcə satmalarından qəzəblənib. Onun sözlərinə görə, Puqaçova və Orbakaytenin bu cür imkanı olmamalıdır. Çünki müğənni ana və qızı həmin mənzilləri Rusiya büdcəsindən ödənilən konsertlərdən əldə etdikləri milyardlarla rubl hesabına alıblar.

 

Kristina ailəsi ilə birlikdə uzun müddətdir Amerikada yaşayır. Orbakayte Rusiyanın Ukraynaya qarşı hərbi hücumlarını pisləyənlər arasında yer alıb. Alla Puqaçova da uşaqları və teleaparıcı əri, Maksim Qalkinlə birlikdə Rusiyanı tərk edib.

Tacxeber.com

Oxşar xəbərlər