Nadir: Kişi də hamilə qadının qarnından öpər?!
Nadir Qafarzadə kişilərin hamilə xanımlarının qarşısında diz çökərək qarınlarından öpməsi hərəkətini sərt şəkildə tənqid edib.
Tacxeber.com olay-a istinadla xəbər verir ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.
O bildirib: “Birdə görürsən ki, kişi öz hamilə xanımının yanında diz çöküb qarnından öpür. Rəzil oldunuz, bəsdirin! Bax bu məsələlərə görə kişilərin qiyməti yoxdur. Dəyər düşüb…
Kişi də diz çöküb o qarını öpər? Bildik də sənlikdir, başa düşdük. Abır gözəl şeydir, amma olan üçün. Ona görə də bəzi kişilərin hərəkətləri onları çəkidən salıb plintus səviyyəsinə.