• 27 Noyabr 2024 22:18

Özbəklər Almaniya yolunda

Almaniya kansleri Olaf Şolts içində iş adamlarından ibarət böyük bir nümayəndə heyətinin müşayiəti ilə Orta Asiyaya səfər etmişdi. Olduqca maraqlı olan bu tarixi səfər nədənsə az işıqlandırıldı.

 

Şolts əvvəlcə Astanada 5 Orta Asiya ölkəsinin lideri ilə görüşdü.

Ancaq Özbəkistan prezidenti ilə ayrıca danışıqlar aparmaq və Şavkat Mirziyoyevlə baş-başa görüşmək üçün Səmərqəndə uçdu.

 

Almaniya höküməti həm qazaxlar, həm də özbəklərlə investisiyalar və ticarət dövriyyəsinin artırılması ilə bağlı memorandumlar paketi bağladılar.

Lakin ən maraqlısı Səmərqənddə baş verdi.

Şolts Özbəkistandan əmək və təhsil miqrasiyasını sadələşdirməyə hazırlaşır.

 

Söhbət yaxın gələcəkdə yüz minlərlə özbək işçidən gedir.

Almaniya böyük işçi defisiti ilə üzləşir.

2035-ə qədər Almaniyanın 7 milyon işçiyə ehtiyacı olacaq.

Özbəkistanda durum əksinədir – ötən ilin sonunda işsizlik 8% təşkil ediri ki, bu da 1,3 milyon nəfər deməkdir.

 

Miqrasiya üzrə xüsusi komissar Yoahim Stamp Özbəkistanın “çoxlu gənc və ixtisaslaşmış işçi qüvvəsi olan” azsaylı ölkələrdən biri olduğunu deyir.

Almaniyanın yeni sənayeləşmə dövrü üçün öz “meksikalılarına” ehtiyacı var.

Polşa, Rumıniya və digər Avropa ölkələri əvvəlki kimi işçi qüvvəsi anbarı olmaqdan çıxıblar..

 

Əslində, özbək miqrantlar Rusiyanın yolunu tutmalı idilər.

Ancaq rusların yeni miqrasiya qaydaları tıtbiq etməsi özbək işçilər artıq Almaniyaya üz tutacaqlar.

Bu gedişlə Rusiya qapılarını ancaq taciklərə açacaq…

Şolts Almaniyanın Orta Asiyaya investisiyaları dəfələrlə artıracağını vəd edir.

 

Almanlar Qazaxıstana alternativ resurslar tədarükçüsü kimi baxırlar.

Qazaxıstan artıq Almaniyaya neft tədarükündə ABŞ və Norveçdən sonra 3-cü yeri tutur.

Müzakirə olunan digər mövzu isə Almaniyanın Rusiyadan yan keçməklə Orta Asiyanı Avropa ilə birləşdirəcək Transxəzər nəqliyyat dəhlizinin genişləndirilməsində iştirakı məsələsidir.

Son hadisələr Türk Dünyasının güclənməsində olduqca əhəmiyyətli rol oynacaqlar…

 

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər