“Tələbələr üçün gedişhaqqı 25 qəpik olsun” – Baş redaktordan TƏKLİF
Təhsilin qeydinə qalan bütün ölkələrdə tələbələr üçün güzəştlər mövcuddur. Azərbaycan da bu prosesdən kənarda qalmamalıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib.
Jurnalist Azərbaycanda tələbələrin maddi cəhətdən təmin olunmadığını bildirib:
“Təhsil haqqını ödəyə bilmədiyi üçün hər il yüzlərlə tələbə oxuduqları ali məktəbdən xaric olunur. Ən azı bu qədər tələbə də yol pulunu, kirayə pulunu ödəyə bilmədiyi üçün könüllü şəkildə təhsil almaqdan imtina edir. Bakı kimi bahalı şəhərdə oxumaq böyük xərc tələb edir. Nəzərə almaq lazımdır ki, tələbələrin hamısının atası varlı deyil. Onlara güzəştlər olmalıdır”.
Seymur Verdizadə qeyd edib ki, ilk növbədə tələbələrin ictimai nəqliyyatdan güzəştlə istifadəsi təmin olunmalıdır:
“Avtobusda, metroda gedişhaqqı 25 qəpik olmalıdır. Ödənişli ixtisaslarda təhsil haqqı yarıbayarı endirilməlidir. Bu təcrübədən dünyanın bir çox ölkələrində istifadə olunur. Məsələn, qardaş Türkiyənin dövlət üniversitetlərində təhsil haqqı anlayışı yoxdur, tələbələr pulsuz oxuyur”.
Baş redaktor tələbələrin yataqxana ve qida probleminə diqqət yetirilməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ərzağın qiyməti baha olduğuna üçün tələbələrin böyük əksəriyyəti normal qidalana bilmir:
“Türkiyənin dövlət universitetlərində tələbə bizim pulla cəmi 60 qəpik ödəməklə 4 çeşid yemək yeyə bilir. Azərbaycanda isə bu pula ancaq simit almaq mümkündür. Saatlarla tıxacda qalan, yarıac-yarıtox yaşayan, başı yol pulu, kirayə pulu qayğısından açılmayan tələbədən yüksək nəticə gözləmək mümkün deyil”.
Seymur Verdizadə bildirib ki Təhsilin İnkişafı Fondunun bu problemləri gündəmə gətirməsi müsbət haldır: