• 09 İyun 2025 19:41

Putindən XƏBƏRDARLIQ: “Belarusa hücum edilsə, Rusiya nüvə silahından istifadə edəcək” – VİDEO

 Putindən XƏBƏRDARLIQ: “Belarusa hücum edilsə, Rusiya nüvə silahından istifadə edəcək” – VİDEO
Paylaş

“Rusiya qardaş Belarus dövlətinə təcavüz ediləcəyi təqdirdə dərhal nüvə silahından istifadə edəcək”.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının nüvə hücumunun qarşısının alınması üzrə daimi iclasında çıxışı zamanı qeyd edib.

Rusiya dövlətinin başçısı qeyd edib ki, yenilənmiş Rusiya Nüvə Doktrinasının layihəsi nüvə hücumunun qarşısının alınmasının həyata keçirildiyi dövlətlərin və hərbi ittifaqların kateqoriyasını genişləndirib:

“Sənədin yenilənmiş variantında hər hansı qeyri-nüvə dövlətinin, lakin nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə Rusiyaya qarşı təcavüzün birgə hücum kimi qiymətləndirilməsi təklif edilir”.


Tacxeber.com

Oxşar xəbərlər